Meymunçiçəyinə yoluxan Türkiyə vətəndaşı xəstəlik zamanı yaşadığı çətinlikdən danışıb.
Xarici media xəbər verir ki, Londonda meymunçiçəyi virusuna yoluxmuş Türkiyə vətəndaşı Harun Tulunay xəstəliyi zamanı yaşadığı çətinliklərdən danışıb. 


Bu ayın əvvəlində meymunçiçəyi virusuna yoluxduğu üçün Londonda xəstəxanaya yerləşdirilən və sonradan sağalan 35 yaşlı Tulunay xəstəlik prosesinin olduqca çətin keçdiyini ifadə edib:

"Əvvəlcə öləcəyimi düşündüm. Çünki yemək yeyə bilmədim, içə bilmədim, tüpürcəyimi belə uda bilmirdim. Dərimi sümüklərimdən qopurmış kimi hiss edirdim. Qızdırmam yüksəldi, boğazım ağrıdı. Qəbul etməmə baxmayaraq ağrıkəsici və qızdırmasalıcı dərmanlar məni sağaltmadı. Sonra xəstəxanaya getməli oldum”.
скачать dle 12.1