Nyu-Yorkda hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb.
Lent.az xəbər verir ki, Nyu York şəhər qubernatoru Kathy Hokul bıçaqlanma zamanı çoxlu qan itirən Rüşdiyə lazım olan qayğının göstərildiyini bildirib.
Həkim Martin Haskell Rüşdinin yaralarının ciddi, lakin müalicəsinin mümkün olduğunu bildirib.
75 yaşlı yazıçı institutda mühazirə deyərkən qara geyimli və maskalı şəxsin hücumuna məruz qalıb. Boynundan yumruq və bıçaq zərbələri aldıqdan sonra o, yerə yıxılıb.
***
12 avqust, saat 19:48
Yazıçı Salman Rüşdi Nyu-Yorkda mühazirə oxuyarkən hücuma məruz qalıb. 
Lent.az bildirir ki, bu barədə “Associated Press“ xəbər verir.
Agentliyin müxbiri naməlum şəxsin Çatokua İnstitutunda bir kişinin səhnəyə qalxaraq yazıçını yumruqlamağa və ya bıçaqlamağa başladığının şahidi olub. Hücum edən şəxs saxlanılıb.
Rüşdinin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Salman Rüşdi Bombeydəndir, o həm Böyük Britaniya, həm də ABŞ-da yaşayır. Dünya şöhrəti ona 1989-cu ildə "Şeytan ayələri" kitabının çıxmasından sonra gəlib. Bir çox müsəlman romanı küfr adlandırıb, İranın ruhani lideri Əli Xamneyi isə fətva verərək yazıçının qətlini savab iş adlandırıb.
  • Məşhur yazıçıya hücum edib bıçaqladılar(YENİLƏNİB)
  • Məşhur yazıçıya hücum edib bıçaqladılar(YENİLƏNİB)
скачать dle 12.1