Rusiyada avqustun 29-da yenilənən qadağan olunmuş materiallar siyahısına üçü islami mənbə olmaqla 5 kitabın əlavə edildiyi açıqlanıb. Belə ki, Rusiya Ədliyyə Nazirliyindən yayımlanan məlumata görə, “Səhih Buxari” hədis külliyatını “ekstremist materiallar” siyahısına əlavə edilib.
Bundan sonra Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramazan Kadırov Rusiyanın İslam dini üçün mühüm yeri olan “Səhih Buxari”ni qadağan etməsinə münasibət bildirib.
Kadırov “Səhih Buxari”nin Rusiyada ekstremist materiallar siyahısına salınması qərarını dərhal yenidən nəzərdən keçirilməsini vacibliyini vurğulayıb.
"Əks halda müsəlmanlar Rusiyada özlərini kifayət qədər təhlükəsiz hiss etməyəcəklər”, - Kadırov bildirib.
Çeçenistan lideri qərarın "cahillər" tərəfindən verildiyini iddia edib. O, "Telegram" hesabında mesaj yazaraq, "İndi milyonlarla Rusiya müsəlmanı bunu soruşur: Əgər ölkədə kanonik dini nəşrlər qadağan olunmağa başlasa, din necə tətbiq oluna bilər?" ,- deyə şərh edib.
Bununla yanaşı, Kadırov Putinin administrasiyasına da müraciət edib.
"Rusiya əhalisinin müsəlman hissəsinin mərkəzi hökumətin hərəkətlərinə kəskin və radikal reaksiya verməsi tamamilə mümkündür, demək olar ki, qorxuducudur".
Kadırov həmçinin xəbərdarlıq edib ki, bu cür qərarlar ölkə daxilində münaqişələrə səbəb ola bilər.
Kadırov buna görə Putinə etiraz etdi
02
sentyabr
10:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat