ABŞ Prezidenti Co Bayden Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasının əleyhinədir.
Bu barədə "Reuters”in müxbiri Ceff Meyson özünün "Twitter” hesabında xəbər verib.
Onun sözlərinə görə, dövlət başçısı bunu Ağ Evə qayıdarkən bəyan edib.
"Ondan soruşulub ki, Rusiya belə bir status almalıdırmı? "Xeyr”, - deyə Bayden cavab verib”, - jurnalist yazıb.
Xatırladaq ki, avqustun 7-də ABŞ senatorları Riçard Blumental və Lindsi Qrem Bayden administrasiyasını Ukraynadakı vəziyyətə görə Rusiyanı terroru himayə edən dövlətlər siyahısına salmağa çağırıblar.
Ancaq Dövlət Departamenti ABŞ Konqresinə xəbərdarlıq edib ki, bu halda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının Rusiya tərəfindən ixracının asanlaşdırılması ilə bağlı İstanbulda çoxtərəfli razılaşmalar təhlükə altında olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bəyan edib ki, RF ABŞ-da terrorçuluğa sponsorluq edən ölkə elan edilərsə, belə bir addımın məntiqi nəticəsi diplomatik münasibətlərin pozulması ola bilər.
Bayden Rusiyanı terrorizmin sponsoru kimi tanımaqdan imtina etdi - FOTO
06
sentyabr
14:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat