Rusiya-Ukrayna savaşında son durum açıqlanıb.
Ukrayna lideri Zelenski bəzi yaşayış məntəqələrinin Rusiyadan geri alındığını deyərək ordunu təbrik edib. İctimaiyyətə müraciət edən prezident bu inkişafı "yaxşı xəbər" kimi qiymətləndirib, lakin geri alınan yaşayış məntəqələrinin hansı bölgədə yerləşdiyini açıqlamayıb.
"İndi onların adlarını açıqlamağın vaxtı deyil", - Zelenski qeyd edib.
ABŞ rəsmiləri Ukraynanın "yavaş, lakin əhəmiyyətli" irəliləyiş əldə etdiyini bildiriblər. Son günlər Ukrayna hökuməti davam edən və planlaşdırılan əməliyyatlarla bağlı məxfiliyi artırıb, ölkənin cənub və şərqində Rusiyanın nəzarətində olan ərazilərə qarşı gözlənilən əməliyyatlar barədə demək olar ki, heç bir məlumat paylaşmayıb.
“Hesab edirəm ki, xalqımız əsgərlərimizlə fəxr edir”, – Zelenski televiziyada yayımlanan çıxışında deyib. O, gələn ilin dövlət büdcəsindən müharibə üçün vəsait müəyyən ediləcəyini, müdafiəyə 27 milyard dollar ayrılacağını, dövlətin isə pensiya kimi sosial öhdəliklərini yerinə yetirməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, Ukrayna Xersonu tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır. Hərbi ekspertlər isə qış aylarında irəliləyişin çətinləşəcəyini deyirlər.
Rusiya-Ukrayna savaşında SON DURUM: Zelenski şad xəbəri AÇIQLADI
08
sentyabr
11:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat