ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynanın işğal altındakı bölgələrində keçirdiyi "referendum"ların nəticələrini tanımayacağını elan edib.
Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlarla bağlı bəyanatında bildirilib.
"Rusiyanın referendumları uydurmadır - Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın bəzi hissələrini güc yolu ilə ilhaq etməyə cəhd etmək üçün saxta bəhanədir. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyaya əlavə sürətli və ciddi iqtisadi sanksiyalar tətbiq etməyə çalışacağıq. Birləşmiş Ştatlar Rusiyanın elan edəcəyi hər hansı uydurma nəticələri rədd etməkdə dünya üzrə tərəfdaşlarımızla və BMT nizamnaməsinin əsas prinsiplərinə hörmət edən hər bir dövlətin yanındadır. Biz Ukrayna xalqını dəstəkləməyə və Rusiyanın işğalına cəsarətlə müqavimət göstərmələrinə kömək etmək üçün onlara təhlükəsizlik yardımı göstərməyə davam edəcəyik”, - bəyanatda qeyd olunub.
Bayden Rusiyanın “referendum”larına münasibət bildirib
24
sentyabr
20:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat