Oktyabrın 1-də Təbrizdə baş tutan kütləvi etirazlarda gənc azərbaycanlı müğənni Arəş İffəti həbs olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.
Qeyd olunur ki, özünün yeni musiqi əsərini yazdırmağa hazırlaşan gənc müğənni Təbrizdə küçə etirazlarının ikinci günündə döyülüb, alın nahiyəsi zədələnib, barmağı sınıb.
Yaxınları ondan müalicə olunması üçün küçəyə çıxmamasını istəsələr də, güneyli gənc qorxmayaraq etirazlara qatılıb və həbs olunub.
Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq üç həftəyə yaxındır ki, davam edir.
Təbrizdə etiraz aksiyaları zamanı gənc müğənni həbs edildi
03
oktyabr
16:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat