Kiyev üç ay ərzində minə yaxın pilotsuz təyyarə alıb.
Bunu Ukrayna Baş nazirinin müavini Mixail Fedorov "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, 986 pilotsuz uçuş aparatı 52 milyon dollara başa gəlib, onlardan bəziləri artıq cəbhədədir və döyüş tapşırıqlarını yerinə yetirir. Pilotsuz uçuş aparatları Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat aparmağa, yüngül zirehli texnikaları və hava hücumundan müdafiə vasitələrini vurmağa kömək edir.
Fedorov qeyd edib ki, bir həftədən az müddətdə Ukrayna Silahlı Qüvvələrinə "Dronlar ordusu" üçün monobank bankının köməyi ilə 64 milyon qrivna (1,7 milyon dollar) yığılaraq bu pulla NATO üzvü olan ölkələrin istifadə etdiyi 40 ədəd "Warmate" PUA-ları alınıb.
Kiyev 52 milyon dollarlıq PUA aldı
04
oktyabr
20:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat