Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub.
Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib.
Nazir bildirib ki, ilkin araşdırmalara görə, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub.
Nazir Fatih Dönmezin sözlərinə görə, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, həmçinin yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini qeyd edib.
Dönmez 15 işçinin xilas edilməsi üçün işlərin davam etdiyini əlavə edib.
“Hazırda 15 yoldaşımız mədəndədir, axtarışlar hələ də davam edir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda komandalarımız yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar”, - deyə nazir bildirib.
Fatih Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir həmçinin partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib.
“10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. Bəzi yerlərdə qismən çökmə var. 4-5 işçimiz də çökmə olduğu bölgədədir. İşlər davam edir”, - deyə o vurğulayıb.
Mənbə: Haber Global
Nazir Türkiyədə mədəndə baş verən partlayışın səbəbini AÇIQLADI + FOTO/VİDEO
15
oktyabr
12:48

Qarabağ
KOMMENTLƏR
Türkiyədə kömür mədənində partlayış: 28 nəfər öldü - YENİLƏNİB (VİDEO)
Türkiyədə kömür mədənində partlayış: 14 ölü, 28 yaralı -YENİLƏNİB (VİDEO)
Türkiyədə kömür mədənində partlayış: 2 ölü, 20 yaralı -YENİLƏNİB (VİDEO)
Türkiyə nümayəndə heyətinin Liviyaya səfəri başlayıb
Türkiyənin daxili işlər nazirinin əmisi oğlu silahlı hücumda öldürülüb Ətraflı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat