Fransada ağrıkəsici və qızdırma salıcı kimi istifadə edilən, tədarükü çətin olan parasetamol tərkibli dərmanların satışını azaltmağa çağırış edilib.

Fransa mətbuatında yer alan xəbərə görə, iyul ayından bu yana tərkibində parasetamol olan dərmanların tədarükündə problemlər yaşanıb. Bu kontekstdə tədarükdə fasilələrin qarşısını almaq məqsədilə Milli Dərman Agentliyi (ANSM) əczaçılar, həkimlər və xəstələr üçün tərkibində parasetamol olan dərmanların istifadəsi və satışı ilə bağlı tövsiyələrin yer aldığı bəyanat yayıb. Açıqlamada vətəndaşlardan sözügedən dərmanları ehtiyatda saxlamamaları istənilib.скачать dle 12.1