Braziliyalı siyasətçi Rio-de-Janeyro ştatında onu həbs etmək üçün evinə gələn polis əməkdaşlarına qumbara atdığı üçün saxlanılıb.
İfrat sağçı prezident Jair Bolsonaronun Braziliyadakı müttəfiqlərindən olan Roberto Cefferson onu həbs etmək üçün evinə gələn polislərə bir neçə dəfə atəş açıb, daha sonra isə o əl qumbarasını partladıb.
Hadisə nəticəsində polis maşınının ön şüşəsi sınıb, iki məmur yaralanıb.
Belə ki, Ali Məhkəmə ev dustaqlığı şərtlərini pozduğuna görə PTB partiyasının keçmiş lideri, 69 yaşlı siyasətçinin həbsinə qərar verib.
Cefferson hazırda baş hakimi hədələdiyi üçün yenidən ev dustaqlığına buraxılıb.
Bolsonaro isə hadisəyə reaksiya göstərərək polisə atəş açan hər kəsin həbs edilməli olduğunu bildirib.
Braziliyalı siyasətçi polisə qumbara atdı
24
oktyabr
11:47

Qarabağ
KOMMENTLƏR
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”