Ukraynanın Donetsk vilayətində yerləşən Yampil şəhəri Ukrayna əsgərləri tərəfindən geri alındıqdan sonra bölgədə baş verənlərlə bağlı dəhşətli iddialar səslənir.
Xarici KİV xəbər verir ki, bir müddət bölgədə xidmət göstərən rus əsgərlərinin aclıq və səfalətlə mübarizə apardıqları, bu səbəbdən bölgədəki Yampil zooparkındakı heyvanları yemək məcburiyyətində qaldıqları iddia edilib.
Bu iddia ilə Ukraynanın könüllü xilasetmə qrupu çıxış edib. Xilasedicilər on gün sonra zooparkın ətrafına səpələnmiş heyvan skeletləri, ət və sümük parçaları tapdıqlarını bildiriblər. Səlahiyyətlilərə görə, iki dəvə, bir kenquru, bir bizon, çoxlu donuz, quş və canavar rus əsgərləri tərəfindən öldürülüb.
Bildirilib ki, yerdə qalan heyvanlar xilas edilərək Dnepr şəhərinə aparılıb.
Zooparkın yerləşdiyi Yampil ərazisi Ukrayna tərəfindən oktyabrın 30-da rus əsgərlərindən geri alınıb.
Rus əsgərləri aclıqdan zooparkdakı heyvanları yeyiblər
04
noyabr
12:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat