Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətdə şübhəli bilinən hərbçini saxlayıblar.
Erməni mətbuatı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin 2021-ci ilin avqust-noyabr aylarında elan etdiyi 3 aylıq təlimlərində iştirak edən əsgər E.A. “Facebook” və “WhatsApp” tətbiqləri vasitəsilə xaricə məlumat ötürüb.
Belə ki, o, sosial şəbəkələr vasitəsilə qarovulda olan şəxsi heyətin sayını, silah-sursat, onlarda xidmət qaydası barədə dövlət və xidmət sirri təşkil edən məlumatları pul müqabilində xarici kəşfiyyatla bölüşüb.
Ermənistan MTN-nin istintaq şöbəsində başlanmış cinayət işi çərçivəsində əsgər E.A həbs edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Erməni hərbçi dövlətə xəyanətə görə həbs edildi
15
noyabr
10:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat