Killer Moskvanın şimalında hündürmərtəbəli binanın girişinin yaxınlığında səhvən bir gənci güllələyib.
Rusiya mediasının məlumatına görə, cinayət noyabrın 24-də yerli vaxtla saat 18:30-də Solneçnoqorskaya küçəsində törədilib. Evin kirayəçisi, Ermənistan vətəndaşı girişə yaxınlaşdıqda, naməlum şəxs ona hücum edərək döyməyə başlayıb. Bundan sonra cinayətkar zərərçəkmişə 7 atəş açaraq qaçıb.
Hadisə yerinə polis və həkimlər gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları girişin yaxınlığından travmatik tapança, onun iki maqazini, iki rezin top və yeddi şüşə mərmi aşkar ediblər. Qan içində olan gənc xəstəxanaya çatdırılıb, ona baş, döş qəfəsi və qarın nahiyəsinin xəsarətləri diaqnozu qoyulub. Həkimlər əməliyyat keçiriblər.
Killer saxlanılıb - onun Moskva vilayətində qeydiyyatda olan 45 yaşlı Qafqaz əsilli şəxs olduğu üzə çıxıb. Onun dediyinə görə, başqa adamı öldürməli idi, amma yanılıb. İndi Daxili İşlər Nazirliyinin əməkdaşları onun ilkin olaraq kimə hücum etməyi planlaşdırdığını müəyyənləşdirirlər.
Killer çaşıb ermənini güllələdi
25
noyabr
16:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat