“Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda qonaq qismində çıxış edən “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, əgər Rusiya müharibədə məğlub olacaqsa, ölkədəki hətta adi süpürgəçini də Haaqa məhkəməsi gözləyəcək.
“Onlar “bizim Krım”ı almağa hazırlaşırlar, lakin biz bu vəziyyətdə edə biləcəyimiz yeganə işi edirik – bombalayırıq! Hər gün bombalayırıq: infrastrukturu bombalayırıq. Allah da bilir ki, biz bunu istəmirdik! Mən çox yaxşı bilirəm ki, hökumətdəkilər də bunu istəmirdilər”, - deyə M.Simonyan vurğulayıb.
Rusiyadakı mövcud iqtidarın alovlu təbliğatçısı əlavə edib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən qorxmaq lazım deyil:
“Biz məğlubiyyətdən, biabır olmaqdan qorxmalıyıq. Əgər uduzsaq, hətta Kreml divarlarının xaricindəki süpürgəçini də beynəlxalq tribunal gözləyir”.
Simonyan etiraf etdi: “Biz hər gün bomba yağdırırıq”
29
noyabr
17:29

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər