Moldova parlamenti hökumətin təklifi ilə dekabrın 6-dan etibarən daha 60 gün müddətinə fövqəladə vəziyyət rejimini təsdiqləyib.
Baş nazir Nataliya Havrilitsa parlamentin tribunasından ölkədə fövqəladə vəziyyətin uzadılması təklifi ilə çıxış edib. O qeyd edib ki, regionda baş verənlər və Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Moldova müharibə başlayandan sonra tətbiq edilən fövqəladə vəziyyəti ləğv etmək üçün çox həssas olaraq qalır.
“Qonşu dövlətin ərazilərini ələ keçirməyə qanunsuz cəhdlər və kütləvi qırğın silahlarından istifadə riski, habelə hibrid hücumların gücləndirilməsi və Moldovada sosial-iqtisadi vəziyyəti sabitsizləşdirmək cəhdləri bizi vətəndaşlarımızı qorumaq üçün operativ reaksiya verməyə vadar edir",- o bildirib.
Müddətinin uzadılmasının lehinə 55 deputat, o cümlədən Fəaliyyət və Həmrəylik partiyasının (AKP) deputatları səs verib, müxalifət isə etiraz olaraq iclas zalını tərk edib.
Moldovada fövqəladə vəziyyət rejimi uzadıldı
02
dekabr
11:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat