Bu barədə ”Telegram 112” kanalı məlumat yayıb. Qeyd olunub ki, Dmitriyə burun sümüklərinin sınığı diaqnozu qoyulub.
Həmin şəxsin vəkili Yevgeni Kheifets münaqişənin təşəbbüskarının sənətçi olduğunu bildirib. Onun sözlərinə görə, bara gələn Dmitri istirahət günündə dincəlib, nərd oynayarkən kiçik mərclər edib.

“Onu mühafizəçilərlə birlikdə Leps döydü. Adi insana qarşı aqressiya nümayiş etdirdi. Dmitri adi bir işçidir”,- deyə Kheifets bildirib.
Qeyd edək ki, Leps Sankt-Peterburqdakı konsertində fanatına qəzəblənmiş, mikrofonu yerə ataraq səhnədən uzaqlaşmışdı.