Rusiya neftinə qiymət tavanı tətbiq edildikdən sonra Türkiyə ərazi sularında, Bosfor və Dardanel boğazlarında lövbər salan 19 neft tankerinə görə tıxac yaranıb.
Bu barədə “Financial Times” gəmiçilik brokerlərinin, neft treyderlərinin və peyk izləmə xidmətlərinin məlumatlarına istinadən yazıb.
Dekabrın 5-də tətbiq edilən qiymət tavanı Rusiya neftini yükləyən tankerlərə neftin qiyməti 60 dollardan yuxarı olduqda Qərbdə daşınan malları sığortalamağı qadağan edir. Məhdudiyyətlər tətbiq edildikdən sonra Türkiyə rəsmiləri neftin sığortalandığı barədə sübut tələb ediblər.
Gəmi brokerlərindən biri ilk tankerin noyabrın 29-da gəldiyini və altı gündür gözlədiyini deyib.
Türkiyə sahillərində gəmilərdəki neftin böyük hissəsi Qazaxıstan mənşəlidir. Qazaxıstan nefti Rusiyaya boru kəməri ilə daxil olur və Qərbin sanksiyalarına düşmür.
Xatırladaq ki, dekabrın 5-də Avropa İttifaqının Rusiyadan neft tədarükünə embarqo tətbiq etmək qərarı qüvvəyə minib (bu dəniz yolu ilə daşınan neft üçün tavan qiymət mexanizmini nəzərdə tutur). Rusiya neftinin tavan qiyməti gələcəkdə qiymətin dəyişdirilməsi ehtimalı ilə 60 dollar müəyyən edilib.
Mənbə: Meduza
Türkiyə sahillərində neft tankerləri tıxac yaradıb
06
dekabr
13:04

Qarabağ
KOMMENTLƏR
Rusiyaya qarşı neft sanksiyaları qüvvəyə mindi
Qazaxıstan Azərbaycanla neft nəqli marşrutları üzrə danışıqları davam etdirir
Norveç Rusiyanın 65 vətəndaşına və 18 təşkilatına sanksiya tətbiq etdi
İki ölkə sanksiyaya baxmayaraq, Rusiyadan neft ala biləcək
"Qazprom neft": Neftin qiyməti 100 dollara çata bilər - İrana qarşı sanksiyalara gör
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat