Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, azərbaycanlı və erməni həmkarları ilə təmaslar zamanı bu məsələ mütəmadi olaraq müzakirə olunur: "Biz Brüsselin istənilən vasitə ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə nüfuz etmək istəyindən xəbərdarıq. Sadəcə olaraq onların mövcudluğunu gücləndirmək və sonda Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün. Bu onların arzusudur. Hadisələrin inkişafını təxmin etməyək, Cənubi Qafqazda, o cümlədən Transqafqaz ölkələri arasında regiondankənar faktorun güclənməsi ilə bağlı diametral əks fikirlər mövcuddur. Həm Bakı, həm də İrəvanla təmaslarda bu mövzu müntəzəm olaraq müzakirə olunur".
Diplomatın fikrincə, hər şey onu deməyə əsas verir ki, Aİ Cənubi Qafqazdakı fəaliyyətində öz fürsətçi maraqlarını rəhbər tutur: "Aİ-nin Azərbaycanla sərhəddə Ermənistan tərəfində müşahidə missiyasının uzadılması barədə qərar qəbul edilərsə, biz əlavə şərh verəcəyik".
"Aİ Azərbaycanla sərhəddə müşahidə missiyasını uzatsa..." - Zaxarova
08
dekabr
16:30

Qarabağ
KOMMENTLƏR
Soçi görüşündə Zəngəzur dəhlizi müzakirə olunub
İranın Azərbaycanla sərhəddə təlim keçməsinə ABŞ-dan REAKSİYA
Putin və Paşinyan Cənubi Qafqazdakı durumu müzakirə ediblər
Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI
Qarabağla bağlı Üçtərəfli İşçi Qrupun fəaliyyəti yüksək qiymətləndirilir - Rusiya XİN rəsmisi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat