Tailand dəniz donanmasının gəmisi Tailand körfəzində batıb. Dənizçiləri sudan çıxarmaq üçün digər gəmilər və helikopterlər əraziyə yönəldilib.
Bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilir ki, səhər saatlarında 75 dənizçinin xilas edilib. 31 dənizçinin isə itkin düşdüyü qeyd olunub.
Qeyd edək ki, bazar günü axşam saatlarında güclü külək HTMS Sukhothai korvetinin elektrik sistemini sıradan çıxarıb. Tayland Kral Donanması dəniz suyunu çıxararaq gəmiyə kömək etməyə çalışmaq üçün mobil nasos maşınları və iki vertolyotu olan üç freqat göndərib.
Gücü itirdiyi üçün daha çox dəniz suyu çəkən gəmi yan üstə batıb.
Hadisə hərbi gəmi Praçuap Khiri Xan əyalətinin Banqsafan rayonunda estakadadan 32 kilometr aralıda dənizdə patrul xidməti həyata keçirərkən baş verib.
Taylandda hərbi gəmi batdı: 31 əsgər itkin düşdü
19
dekabr
10:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat