Hindistanın Uttar Pradeş ştatında 12 yaşlı yeniyetmə üç şəriki ilə birlikdə ailəli cütlüyün evinə soxularaq onları öldürüb və qarət ediblər.
Polisin məlumatına görə, oğlan tanışı 60 yaşlı İbrahim Xan və onun 55 yaşlı həyat yoldaşı Həcrənin bir müddət əvvəl pul aldığını biləndən sonra bu cinayəti planlaşdırıb.
Dörd cinayətkar metal qırıntıları satmaq adı ilə cütlüyün evinin qapısını döyüb. Həcrə qapını açan kimi Mukeş və Şubham adlı iki quldur onu dərhal boğub.
Daha sonra 12 yaşlı uşaq və digər cinayət ortağı Sandip evə girərək yatmış Xanı boğublar.
Təqsirləndirilən şəxslər özləri ilə təxminən 54 min rupi ( 1111 manat) nağd pul, gümüş zəncir və mobil telefon götürərək qaçıblar.
Cütlüyün qızı onların cəsədlərini taparaq polisə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bir azyaşlı və iki cinayət ortağını saxlamağa nail olublar. Sandip hazırda axtarışdadır.
Qeyd olunur ki, müttəhimlər oğurladıqları pullarla silah alıb cinayət aləminə qoşulmağı planlaşdırıblar.
Mənbə: lenta.ru
Hindistanda 12 yaşlı yeniyetmə soyğunçuluq və qətl törədib
26
dekabr
11:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat