Futbol əfsanəsi Pelenin vəfatı ilə əlaqədar olaraq Braziliyanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb.
Bu barədə Braziliya səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, öz hislərini bölüşmək istəyən şəxslər Braziliya səfirliyinə gələrək ürək sözlərini matəm kitabına yaza bilərlər.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən gün 82 yaşında dünyasını dəyişib. Noyabrın 29-da Braziliya millisinin sabiq futbolçusu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulub.
Daha əvvəl onun yoğun bağırsaq xərçənginin müalicəsi çərçivəsində keçdiyi kimyaterapiyanın istənilən nəticəni verməyi dayandırdığı bildirilirdi.
Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.
Dünya Kubokunun final turnirlərində o, ümumilikdə 14 oyun keçirib və onlardan 3-ü qalib finallarda olmaqla 12 qol vurub.
Ümumilikdə Braziliya millisi üçün - 92 oyunda 77 qol (1957-ci ildən 1971-ci ilə qədər). Onun rekordu 50 ildən çoxdur və bu yaxınlarda Neymar tərəfindən təkrarlanıb.
Klub səviyyəsində Pele iki dəfə (1962 və 1963-cü illərdə) Libertadores Kubokunu və Qitələrarası Kuboku qazandığı Braziliyanın “Santos” klubunda və Amerikanın “Nyu York Kosmos” komandasında oynayıb.
O, FİFA Futbol Komissiyası, “World Soccer” və “France Football” tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu, həmçinin BOK tərəfindən 20-ci əsrin ən yaxşı idmançısı kimi tanınıb.
Pelenin vəfatı ilə əlaqədar Braziliyanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb
30
dekabr
16:50

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat