Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Quru Qoşunlarının bölmələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçiriləcək sülhməramlı təliminin iştirakçısı olacaq.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib.
“Rusiya Federasiyasından kənarda Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçiriləcək”, - məlumatda deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyadakı hərbi dairələrin poliqonlarında səkkiz ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır.
"Bütün manevrlər sülhməramlı və antiterror xarakterli olacaq", - nazirlik bildirib.
Müdafiə Nazirliyinin məlumatına görə, bunlar Rusiya-Hindistan “İndra-2023” xüsusi təyinatlı təlimi, ŞƏT-ə üzv dövlətlərin “Sülh missiyası-2023” birgə hərbi antiterror komanda-qərargah təlimi, Rusiyanın Laosla birgə hərbi təlimləri, Rusiya-Pakistan birgə "Dostluq -2023" hərbi təlimidir.
Həmçinin planlarda Rusiya-Əlcəzair birgə hərbi təlimi, Mərkəzi Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələrinin bölmələri ilə birgə “Sərhəd-2023”, Rusiya-Monqolustan “Selenqa-2023” birgə təlimi və Rusiya-Vyetnam təliminin keçirilməsi nəzərdə tutulur.
Rusiya quru qoşunlarını Ermənistana gətirir
02
yanvar
11:05

Qarabağ
KOMMENTLƏR
Oktyabrda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək
KTMT Qazaxıstanda hərbi təlimlər keçirəcək
KTMT-nin Qazaxıstandan çıxarılması barədə qərar imzalandı (YENİLƏNİB)
Rusiya zirehli texnikalarının Qazaxıstana göndərilmə görüntüləri - VİDEO
Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat