“Sasseks hersoqu tərəfindən verilən son bəyanatın əksinə olaraq Kral III Çarlz şahzadə Harri ilə barışmaq istəyir”.
Bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən məlumat verib.
“Krala yaxın insanlar iddia edirlər ki, Kaliforniya tərəfdən (Şahzadə Harri və Meqan Markldan) gələn çoxlu istehzalı və tikanlı sözlərə baxmayaraq, o, son bir neçə il ərzində ünsiyyət kanallarını açıq saxlayıb. Həmçinin hər iki oğlunu nə qədər çox sevdiyini həmişə açıq şəkildə ifadə edib”, - deyə mənbə qeyd edib.
Mənbələr Şahzadə Harrinin hekayəsinin “yanlış olduğunu” bildirib və əlavə ediblər ki, ata və oğlu bir-biri ilə əlaqə saxlayır. Eyni zamanda 2022-ci ilin iyununda Kraliça II Elizabetin platin yubileyi ilə bağlı tədbirlər zamanı bir neçə dəfə görüşüblər.
Onların münasibətləri bəzən gərgin olsa da, monarx qapılarının daim onların üzünə açıq olduğunu bildirib. O qeyd edib ki, hersoq və Meqanı istənilən vaxt qəbul etməyə hazırdırlar.
Xatırladaq ki, Şahzadə Harri İTV-yə müsahibəsində Kral III Çarlz və Şahzadə Uilyam ilə gərgin münasibətindən danışıb, atasını və qardaşını “geri qaytarmaq” istədiyini iddia edib. Onun sözlərinə görə, bu, belə olmamalıdır. Şahzadə həmçinin vurğulayıb ki, o, “institusiya yox, ailə istəyir”.
Aralarındakı gərgin münasibətə baxmayaraq, III Çarlz Harri və Marklı mayın 6-da baş tutacaq tacqoyma mərasiminə dəvət etməyə hazırlaşır.
Kral III Çarlz Şahzadə Harri ilə barışmaq istəyir: “Qapımız hər zaman onların üzünə açıqdır”
05
yanvar
11:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat