Fast food restoranlar şəbəkəsi McDonald's Qazaxıstanda biznesini bağlamaq niyyətindədir.
Bu barədə Bloomberg məlumat yayıb. Agentliyin məlumatına görə, qərar Rusiyada tədarük zəncirinin pozulması və ətin alınması ilə bağlı problemlərlə əlaqədardır.
McDonald's Rusiyanı tərk etdikdən sonra şirkət Qazaxıstandakı françayzilərinə orada kotlet üçün ət almağı qadağan edib. Bununla bağlı “Food Solutions KZ LLP” (“McDonald’s Kazakhstan”) şirkətinə məxsus 24 fast food restoranı işini dayandırmalı olub.
Mümkün itkilərə görə yerli və ya Avropa istehsalçıları ilə təchizat zəncirləri yaratmaq mümkün olmayıb. Qazaxıstandakı McDonald's françayzinin sahibi Kayrat Boranbayev martın 17-də kvazi-dövlət sektorunun vəsaitlərini mənimsəməkdə ittiham edilərək həbs edildikdən sonra vəziyyət daha da pisləşib.
Məlum olub ki, “Vkusno – vəssalam” Belarusda “McDonalds” fast food şəbəkəsini əvəz edəcək . Müvafiq françayzi müqaviləsi respublikada Amerika fast food şəbəkəsini idarə edən KSB Victory Restaurants ilə imzalanıb. Noyabrın 22-də Belarusda "Vkusno - vəssalam" brendi altında fəaliyyət göstərən müəssisələr fəaliyyətə başlayacaq. Şirkətin mətbuat xidməti müəssisə dəyişərkən bütün iş yerlərini saxlamağa, həmçinin yeməklərin keyfiyyətini və çeşidini eyni səviyyədə saxlamağa söz verib.
McDonald's Qazaxıstanı tərk edəcək
05
yanvar
18:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat