Ötən ilin sentyabr ayında baş verən qarşıdurma zamanı 224 erməni hərbçisi ölüb. 
Bu barədə yanvarın 11-də jurnalistlərə müsahibəsində Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
O, həmçinin üç hərbçinin itkin düşdüyünü bildirib. 
Sarkisyanın sözlərinə görə, onların dəqiq yerlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır: "Azərbaycan tərəfi ilə danışıqlarla həlak olan hərbçilərimizin cəsədlərini çıxarmağa çalışırıq". 
скачать dle 12.1