Güclü leysan yağışları səbəbindən Serbiyanın cənub bölgələrində fövqəladə vəziyyət elan olunub.
İki gündür davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar xüsusilə də Sancak bölgəsindəki Priyepolye, Novi Pazar və Syenitsa şəhərlərində fəsadlar törədib. Bölgədəki Trnaviça, Yosanitsa və Raska çayları daşıb. Trnaviça çayında yolun çökməsi nəticəsində iki nəfərin öldüyü bildirilir. Şəhər rəhbərliyi vətəndaşları çaylardan və potensial təhlükəli körpülərdən uzaq durmağa çağırıb.
Syenitsada isə evlər, məktəblər və iş yerləri daxil olmaqla 200-dən çox bina su altında qalıb. Lima çayında suyun səviyyəsinin saatda 7 santimetr artdığı bildirilib. Priyepolyedə kiçik çayların daşdığı bəzi ərazilərdə risk altında olan vətəndaşlar təxliyə olunub.
Rəsmilər yaxın günlərdə yağıntıların artacağı barədə xəbərdarlıq edib.
Qərbi Balkan regionunda əlverişsiz hava şəraiti Bosniya və Herseqovinada ilə Monteneqroda da fəsadlar törədib. Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun Skenderiya rayonunda Milyaçka çayına düşən qadının cəsədi təxminən 8 kilometr uzaqlıqdakı Safet Zayko parkının yaxınlığında tapılıb.
Serbiyanın cənubunda fövqəladə vəziyyət elan edilib
20
yanvar
13:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat