“Arıqlamaq üçün səhər yeməklərində daha çox zülal tərkibli qidalar yemək lazımdır”.
Bu sözləri diyetoloq Melissa Mitri müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə yüksək proteinli pəhrizlərin effektivliyi daha çoxdur. Çünki bu qidalar daha uzun müddət toxluq hissini saxlamağa kömək edir.
“Alkoqoldan çəkinmək lazımdır. Çünki spirt tərkibli içkilər boş kalori və şəkər mənbəyidir. Onların çox istifadə olunması şişkinliyə səbəb ola bilər. Şəkər səviyyəsi yüksək olan qidalardan uzaq olmaq çəki atmağın ən yaxşı yollarından biridir”,- deyə diyetoloq bildirib.
Melissa, həmçinin gün ərzində çoxlu su içməyin vacibliyindən də danışıb:
”Xüsusilə, yeməkdən əvvəl bir stəkan su içmək lazımdır. Su həzmi yaxşılaşdırır, enerji verir və iştahı cilovlayır. Hətta yeməkdən əvvəl 200 ml. su içən insanlar daha az yeyir və həmin insanlar özlərini tox hiss edir”.
Bunlarla yanaşı, diyetoloq arıqlamaq istəyənlərin daha çox hərəkət etməli olduqlarını qeyd edib. Daimi gəzinti, idman həm sağlamlıq, həm də çəki itirmək üçün ən yaxşı vasitədir.
Arıqlamaq üçün 5 sadə qayda
24
yanvar
14:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat