Niderlanddakı icmamız beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə Azərbaycanın Diaspora Komitəsindən məlumat verilib.
Bildirilib ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı beynəlxalq təşkilatlara müraciət edib:
“Benilüks Azərbaycanlıları Konqresi”, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun yaydığı bəyanatlarda bildirilib ki, Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu və qanlı cinayəti hiddətlə qınayırıq".
Baş vermiş terrorun məntiqə və insanlığa sığmadığına diqqəti cəlb edən müraciət müəllifləri dünya ictimaiyyəti və beynəlxalq təşkilatları insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə və ədalətli mövqe tutmağa çağırıblar.
“Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq”, - məlumatda qeyd edilib.
Niderlanddakı icmamız beynəlxalq təşkilatlara müraciət edib
28
yanvar
10:43

Qarabağ
KOMMENTLƏR
Moskva Milli-Mədəni Muxtariyyəti İrandakı silahlı hücumu pisləyib
Lavrov Ceyhun Bayramova başsağlığı verdi - YENİLƏNİB
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb
Azərbaycan tələbələri adından Oxçuçayla bağlı beynəlxalq təşkilatlara BƏYANAT
Mina xəritələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər