Rusiyanın Moskva şəhərinin Taqanski Məhkəməsi pravoslav aktivist Mixail Feodoridinin müğənni Filipp Kirkorova qarşı qaldırdığı iddianı baxılması üçün qəbul edib.
Aktivist Kirkorovun musiqili klipində xaçdan səhnə obyekti kimi istifadə edilməsinə və bununla da dini hisslərin təhqir edilməsinə görə mənəvi zərərin ödənilməsini tələb edib.
Bu barədə məhkəmədən məlumat verilib.
“Məhkəmə tərəfindən Feodoridinin Kirkorova qarşı mülki iddiası qeydə alınıb”, - deyə məlumatda bildirilib.
İddiaya baxılacağı tarix hələ müəyyən edilməyib.
Kirkorovun nümayəndəsi Aleksandr Dobrovinski aktvistlərin dindarların hisslərini təhqir etdiyi ilə bağlı ittihamları rədd edib.
“Birincisi, indi də bəzilərinə rahatlıq verməyən xaçla bağlı səhnə Mariya Maqdalenaya sitayiş kimi nəzərdə tutulub. Filipp Bedrosoviç çarmıxa qalxır və bu müqəddəsin qarşısında diz çökür. Amma artisti ləkələmək niyyətində olan hər kəs görmək istədiyini və ya özünə sərf edəni görür”, - deyə Dobrovinski artistin yaradıcılıq azadlığı prinsipləri haqqında xatırladıb.
Filipp Kirkorov məhkəməyə verildi
02
fevral
18:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat