Maher Zain hazırda zəlzələ bölgəsində fəaliyyət göstərən “Salam Charity” təşkilatı ilə birlikdə insanlara isti yemək paylamaqla məşğuldur.
“Kahramanmaraşa gəldik Burda fəlakətin böyüklüyünü sizə çatdırmağa çalışıram, amma kameralarla bunu etmək mümkün deyil. Elədiklərimiz kiçik şeylərdir, lakin lazımlıdır. Hamınıza etdiyiniz yardımlara görə təşəkkür edirəm. Əlimizdən gələni etməliyik”,- deyə o öz Instagram səhifəsində yazıb.