Türk mifologiyasında qurdun çox xüsusi bir mənası olduğunu bilirsinizmi?
Xarici KİV bildirir ki, müxtəlif ölkələrin mifologiyalarında da yer alan qurd motivi türk xalqının simvolu hesab edilir. Bir türk dastanında qurddan nəslin davamlılığını təmin edən və türk xalqını yox olmaqdan xilas edən əsas varlıq, başqa dastanda isə türklərə yol göstərən bir bələdçi kimi bəhs edilir. Boz qurd eyni zamanda türklərin inancına görə müqəddəs varlıq hesab olunur.
Türk əfsanələrində müqəddəs varlıq kimi qəbul edilən boz qurd Türklərin özləri ilə eyniləşdirdikləri, ana və ata olaraq qəbul etdikləri bir heyvandır. Boz qurdun eramızdan əvvəlki dövrlərdən türklər tərəfindən müqəddəs sayılmasının və milli simvola çevrilməsinin ən mühüm səbəbi türklərin boz qurd nəslindən olması əfsanəsidir. Güclü və çevik bir heyvan olan, azadlığı, sürəti və təbiəti təmsil edən qurdun türklərin xarakterini də əks etdirdiyi düşünülür. Türk dünyasının müxtəlif yerlərində qayalarda və ya məzar daşlarında tanrı-qurd təsvirlərinə rast gəlinir. Tarix boyu qurd fiquru türk dövlətlərinin gerblərində, bayraqlarında və sikkələrində də əks olunub.
Türkiyə Cümhuriyyətinin ilk illərində üzərində boz qurd təsvirləri olan sikkələr də buraxılırdı.
QURD türklər üçün nə deməkdi?
16
fevral
18:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat