Türkiyə KİV xəbər verir ki, "Survivor 2023" çəkilişləri üçün Dominikan Respublikasında olan müsabiqə iştirakçıları Kahramanmaraşdakı zəlzələdən xəbərsiz olublar.
Belə ki, iki həftəlik fasilədən sonra ötən axşam yeni bölümü ekranlaşdırılan yarışmanın sonunda iştirakçılara zəlzələ barəsində məlumat verilib. Yarışmaçılar hadisələrdən və itkilərdən xəbər tutanda göz yaşlarını saxlaya bilməyiblər.
Zəlzələ fəlakətindən danışan Acun Ilıcalı “Çətin bir dövr yaşayırıq”,- deyə ifadə edib.