Dueyn keçmiş sevgilisini evinin qarşısında gözləyib. İren evlərinin önündə Dueynlə mübahisə edib. Bundan sonra keçmiş idmançı İreni bıçaqlayaraq öldürüb.
Dueyn keçmiş sevgilisinin meyitini maşına qoyub öz evinə aparıb. Və meyiti qarderobda gizlədib.
O, iz buraxmamaq üçün sevgilisinin qanlı paltarlarını və əşyalarını torbaya qoyub, sonra zibil qutusuna atıb. Qızları adi saatda işdən qayıtmayanda İrenin valideynləri evin təhlükəsizlik görüntülərini yoxlayıblar. Qızının Duayne tərəfindən sürükləndiyini görən atası idmançının evinə gedib.Dueyn əvvəlcə sevgilisinin atasına qızının hotelə getdiyini deyib, daha sonra isə qətli etiraf edib.
Dueyn polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.