Türkiyənin Malatya şəhərində 4,7 bal gücündə zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Pütürge rayonunda baş verib.
Bildirilib ki, zəlzələ ocağı 7 kilometr dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 23:25-də qeydə alınıb.скачать dle 12.1