Rusiyanın Krasnodar vilayətində poçtalyon 95 yaşlı təqaüdçünün Slavyanskaya küçəsindəki mənzilinə soxularaq onu yeddi min rubla görə boğub.
Yerli media bildirir ki, qadının meyitini qohumları tapıblar.
Sonradan müstəntiqlər müəyyən ediblər ki, qadının öldüyü gün ona yalnız poçt xidmətinin əməkdaşı gəlib. Qısa müddətdə şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyən edilib. 20 yaşlı gənc saxlanılıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “h” bəndi, 162-ci maddəsinin 4-cü hissəsinin “c” bəndi (“Qətl və quldurluq”) ilə cinayət işi başlanıb.
Poçtalyon izah edib ki, o, mərhum Krasnodar sakininə məktub gətirib və mənzilə daxil olarkən yaşayış yerində qiymətli əşyaların olduğunu görüb. Məlumata görə, poçtalyon qadının evdə tək olduğuna əmin olduqdan sonra onu boğub. Sonra evdən yeddi min rubl oğurlayıb və hadisə yerindən qaçıb.
Yaxın vaxtlarda şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Poçtalyon 95 yaşlı qadını 7 minə görə boğub öldürdü
27
fevral
12:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat