Türkiyənin Malatya əyalətində 5,6 bal gücündəki zəlzələdən sonra dağıntıların olduğu bildirilir.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə briqadası işləyir.
Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib.
***13:21
Malatyada 5,6 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.скачать dle 12.1