O, yaxınlarda evlənəcəyi sevgilisi basketbolçu Buğrahan Tuncerlə münasibətindən danışıb.
“Bu yay ailəmə və sevgilimə vaxt ayıracağam. Bir az istirahətə ehtiyacım var. Buğra ilə 2 pişik və 2 itimiz var. Daha bir it övladlığa götürməyə çalışırıq. Onlar bizim uşaqlarımız kimidir. Onlara çox yaxşı baxırıq.
Münasibətimizdə çox deyib-gülən tərəf mənəm. Eqoist deyiləm. 30 yaşdan sonra evlilik və uşaq sahibi olmaq üçün ideal zamandır. Mən heç vaxt evliliyin əleyhinə olmamışam”, - aktrisa bildirib.
