Rusiyalı diş həkimi Viktoriya Kvakina xəbərdarlıq edib ki, bəzi içkilərin tərkibində olan turşular və fermentlər dişlərə zərər verə bilər.
Bunlardan biri də tanin ehtiva edən qəhvədir. O, piqmentlərin minaya daxil olmasını asanlaşdırır və qəhvə içənlərin dişlərinin saralmasına səbəb olur. Eyni məsələ kola və çay sevənlərə də aiddir.
Ancaq diş minasına ən böyük zərər verən, Kvakinanın fikrincə, spirtdir.
Həkim belə xüsusiyyətin daha az dərəcədə pivədə, daha çox dərəcədə isə viski və şərabda olduğunu deyib. Bu, dişlərin vəziyyətində təsir, tüpürcək zülalı ilə qarşılıqlı əlaqədə olan və diş minasının rəngini dəyişdirən tanin turşusunun bol olması ilə əlaqələndirilir.
“PH nə qədər aşağı olarsa, turşuluq faizi də bir o qədər yüksək olur və nəticədə mina qatı dağılır. Qeyd etmək lazımdır ki, bütün alkoqollu içkilər dişlərə mənfi təsir göstərir, lakin şərab ən çox zərər verir, xüsusən də yarı şirin və şirin olanlar. Çünki belə növlərdə şəkər var”, - deyə mütəxəssis əlavə edib.
Mənbə: life.ru
Diş minası üçün ən zərərli içkilər açıqlandı
06
mart
10:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat