Yatmazdan əvvəl yanlış qidalar yemək nəinki yuxuya getməyi, hətta gecə boyu yatmağı da çətinləşdirə bilər.
“SheFinds diyetisyen Trista Best” saytı xəbər verir ki, axşam yeməyinə yağlı yeməklər qətiyyən olmaz. Gecəni rahat yatmaq istəyənlər mütləq tərkibində çox yağ olan qidalardan uzaq durmalıdır.
Bu bir neçə faktorla bağlıdır. Birincisi, onlar həzm sisteminizi poza bilər. Çünki yağlı qidaların həzm edilməsi daha uzun çəkir, bu da narahatlığa səbəb olur və yuxuya mane törədir. Həmçinin, yüksək yağlı qidalar vücudunuz onu parçalamaq və qida maddələrini qəbul etmək üçün daha çox çalışmalıdır.
Qan şəkəri səviyyəsi yuxu keyfiyyətinə təsir edən digər vacib amildir. Belə ki, yağlı qidalar qan tərkibindəki şəkər səviyyələrində dalğalanmalara səbəb ola bilir. Bu da stress hormonlarının artmasına və yuxunun pozulmasına gətirib çıxarır.
Qısacası, rahat yuxunu təmin etmək üçün yatmazdan ən azı iki-üç saat əvvəl ağır və ya yağlı qidalardan qaçınmaq, daha yüngül, qidalandırıcı maddələrlə zəngin seçimlərə üstünlük verilməlidir.
Yatmazdan əvvəl bu qidaları yeməyin – Yuxuya zərərlidir
13
mart
11:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat