İstifadəçilərin çoxu telefon suya düşəndə nə edəcəyini bilmir.
“Styler” portalı xəbər verir ki, smartfonu sudan çıxardıqdan sonra dərhal onu yandırmamalısınız.
Çünki smartfonu nəmli halda işə salsanız, qısaqapanma və həddindən artıq istiləşmə riski ilə qarşılaşacaqsınız. Bu da cihazın zədələnməsinə gətirib çıxaracaq.
Bu zaman hər kəsin ilk ağlına smartfonu fenlə qurutmaq gəlir. Saç qurutma maşını ilə telefonu qurutmaq isə çox da məsləhət deyil. Çünki bu zaman cihazın içərisindəki həssas elementlər zədələnə bilər. İçəridən su üfürmək cəhdləri də əksər hallarda nəticəsiz qalır.
İnsanların bəziləri smartfonu qurutmaq üçün öz başına sökməyə çalışır. Ancaq bunu bir mütəxəssisə həvalə etmək məsləhətdir.
Batareyanı telefondan çıxarın. Bu, tezliklə edilməlidir. SİM kartı çıxarın. Daha sonra telefonun mümkün qədər açıq havada saxlayın. Örtüyü çıxarmağınız da tövsiyə edilir. Çıxardığınız hissələrin quru olduğuna əmin olun. Sonra telefonu düyünün içinə qoyun. Əvvəlcə telefon quru salfetlə bükülməli, sonra isə düyüyə qoyulmalıdır. Düyü cihazın içərisində qalan nəmi udacaq.
Telefon suya düşəndə nə etməməliyik?
15
mart
18:25

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət