Moskvada balaca qız maqnit konstruktordan 12 kürə udub. Maqnit kürələr bir-birinə cəzb olunaraq bağırsaqların divarlarını doqquz yerdən deşiblər.
Hadisənin detallarını Rusiya paytaxtının Səhiyyə Departamentinin mətbuat xidmətindən bildirilib.
“Paytaxt poliklinikalarından birinə valideynlər müraciət edərək qızlarının dayanmadan qusduğunu deyiblər. Rentgen şüaları onun bədənində yad cisimlərin olduğunu göstərdi. Sonradan məlum oldu ki, bunlar konstruktorun 12 maqnit kürəsi olub. Qızcığaz təcili olaraq cərrahi müdaxilə üçün xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən, valideynlər vaxtında pediatra müraciət ediblər. Bir-iki gün sonra uşağın qarın boşluğunda iltihablı proses başlaya bilərdi”, - deyə departamentdən bildirilib.
Məlumata görə maqnit kürələr uşağın orqanizmində bir-birini çəkərək nazik bağırsağın ilgəklərini sıxmağa başlayıb və bu da bağırsaq keçməzliyinə səbəb olub. Həmçinin, kürələr bağırsağın divarlarını dəlmə-deşik ediblər.
Uşaq xəstəxanasının cərrahi briqadası dərhal açıq əməliyyat keçirib. Həkimlər maqnit kürələri çıxarıb, bağırsaq deşiklərini də tikiblər. Əməliyyatdan 10 gün sonra qız evə buraxılıb. Qızın valideynlərinin dediyinə görə, onların evində maqnit konstruktorlar yoxdur, uşaq yalnız həmin təhlükəli oyuncağı qonaqlıqda tapa bilərdi.
Mənbə: Gazeta.ru
Rusiyada balaca qızcığazın udduğu maqnit kürələr onu xəstəxanalıq etdi
31
mart
11:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat