Sankt-Peterburqdakı kafedə baş verən partlayışda xəsarət alanların sayı 32 nəfərə çatıb, onlardan biri ölüb.
Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
***00:45
Sankt-Petereburqda kafedə baş verən patlayışda yaralananların sayı artır.
25 nəfər xəsarət alıb. Bu haqda məlumatı Rusiya Səhiyyə Nazirliyi yayıb.
22:53
Sankt-Petereburqda partlayışın baş verdiyi kafenin sahibi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojindir.
Hərbi müxbirlə görüşün təşkilatçısı "Cyber Front Z" müzakirə klubudur. Təşkilatçıların sözlərinə görə, kafedə təhlükəsizlik tədbirlərinə riayət olunub, lakin bu, kifayət etməyib.
Hələlik hərbi müxbirin kim tərəfindən hədəfə alındığı məlum deyil. Rusiya Federal Təhlükəsizlik Xidməti partlayışa görə Ukraynanın məxfi xidmətlərini ittiham edib. Ukrayna rəsmiləri hadisədə iştirak etmədiklərini bildirib.
21:57
Sankt-Petereburqda kafedə baş verən patlayışda 25 nəfər xəsarət alıb.
Bu barədə Rusiya DİN məlumat yayıb.
Məlumata görə, 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.
21:39
Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayışın şahidi bildirib ki, hadisə nəticəsində həlak olan Vladlen Tatarskinin əlində ona hədiyyə edilən heykəlcik partlayıb.
Məlumata görə, barda hərbi jurnalistin yaradıcılıq gecəsi keçirilib.
“Bu büstü gətirib ona təqdim edən gənc qız idi. Əslində elə partlayışdan sonra da ilk o xanım aradan çıxıb”, - şahid Rodin Varejkin bildirib.
Son məlumatlara görə, partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Onların arasında uşaq da var. Hadisə yerində 13 təcili yardım briqadası işləyir. Zərərçəkənlərə tibbi yardım göstərilir.
İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.
21:29
Əldəqayırma partlayıcı qurğu Vladlen Tatarskiyə hədiyyə edilən heykəlciyin içinə yerləşdirilib.
Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
20:29
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranın yaxınlığında baş verən partlayış nəticəsində hərbi jurnalist Vladlen Tatarski ölüb.
Jurnalistin kafedə hərbi müxbir peşəsi haqqında mühazirə oxuyurmuş.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kafedə işə düşən partlayıcı qurğunun gücü 200 qram trotildən çox olub.
20:05
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
Bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib
Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.
Nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb. Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.
Sankt-Peterburqdakı partlayışda yaralananların sayı 32-yə çatdı - YENİLƏNİB
03
aprel
10:11

Qarabağ
KOMMENTLƏR
Türkiyədə zəlzələdə yaralananların sayı 50-yə çatdı - YENİLƏNİB
Türkiyədə zəlzələdə yaralananların sayı 46-ya çatdı - YENİLƏNİB
İranda zəlzələdə yaralananların sayı 500-ü keçdi YENİLƏNİB
İrəvanda ticarət mərkəzində partlayış - 6 ölü, 61 yaralı (YENİLƏNİB)
Krımda baş verən partlayışlarda xəsarət alanların sayı 13 nəfərə çatıb - 1 ÖLÜ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat