ABŞ-nin məşhur fastfud şəbəkəsi “McDonald's” Birləşmiş Ştatlardakı ofislərini müvəqqəti olaraq bağlayır.
Proses restrukturizasiyanın bir hissəsi kimi işçilərin qarşıdan gələn ixtisarı fonunda baş verir.
Şirkətin daxili əmrində deyilir ki, onu alan işçilər bazar ertəsindən çərşənbə gününə kimi məsafədən iş formatına keçməlidirlər. Onlara həmçinin təchizatçılarla planlaşdırılan bütün görüşləri ləğv etmək əmri verilir.
“McDonald's” kimin nə vaxt işdən çıxarılacağı barədə onlayn bildirişlə məlumat verəcək.
İşdən çıxarılacaq əməkdaşların sayı məlum deyil.
Mənbə: The Wall Street Journalскачать dle 12.1