Britaniyada həkimlər koronavirusun Arcturus adlı yeni variantını müəyyən ediblər.
Xarici media məlumatına görə, artıq ölkədə 100-ə yaxın xəstəliyə yoluxma faktı qeydə alınıb.
Həkim Vipin Vaşişta bildirib ki, koronavirusun yeni variantı ilk dəfə Hindistanda qeydə alınıb, o, çox yoluxucudur. Haryana və Kerala ştatları ictimai yerlərdə maska taxmağı yenidən tətbiq ediblər. Hindistanın Səhiyyə Nazirliyi hətta bu həftə xəstəxanaların mümkün xəstə axınını idarə etməyə hazır olub-olmadığını yoxlamaq üçün bir sınaq başladıb.
Ölkədə xəstələrdə hərarət və öskürəyin tipik əlamətləri ilə yanaşı, insanlar “qaşınma” konyunktivitdən də əziyyət çəkirlər. Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı araşdırmaya başlamaqla artıq diqqətini “Omicron” XBB.1.16.-nın yeni variantı olan Arcturus üzərində cəmləyib.
Araşdırmalar göstərir ki, Arcturus əvvəlki Kraken covid variantından 1,2 dəfə daha yoluxucu ola bilər. Daha asan yayılsa da, daha ağır xəstəliyə səbəb olduğuna dair heç bir dəlil yoxdur. Onu da qeyd edək ki, Hindistanda yeni ştam 14 gün ərzində infeksiyaların təxminən 281 faiz artmasına səbəb olub.
Koronaviruun yeni variantı aşkarlandı – DAHA YOLUXUCUDUR
15
aprel
14:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat