Bir çox musiqiçilərə ilham verən dünya şöhrətli amerikalı caz pianoçusu Əhməd Camal 92 yaşında vəfat edib.
“New York Times” qəzetinə danışan qızı Sumayah Camal atasının prostat xərçəngindən öldüyünü açıqlayıb.
1958-ci ildə ən çox satılan instrumental alboma layiq görülən "At the Pershing: But Nor for Me" albomu ilə məşhurlaşan musiqiçi İslam dinini qəbul etmişdi. 
скачать dle 12.1