Türkiyənin ilk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəsi olan HÜRJET uğurla sınaqdan keçirilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında paylaşım edib.
“İlk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəmiz olan HÜRJET ilk uçuşunu uğurla həyata keçirdi. Təşəkkür edirəm. Türkiyə yüzilliyinə hədiyyə olsun!”, - deyə o, paylaşımda qeyd edib.


 скачать dle 12.1