Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, Merkel və əri Yoahim Zauer İtaliyanın “Ponte” restoranında Obama ilə nahar ediblər. Siyasətçilər restoranda iki saatdan çox vaxt keçirib və “yaxşı əhval-ruhiyyədə” ayrılıblar. Onların nədən danışdıqları məlum deyil.
Bundan sonra ABŞ-ın keçmiş prezidenti Şoltsla görüşüb. Siyasətçilər Federal Kanslerin ofisində nahar ediblər. Obama Berlində ABŞ səfirliyinin yanında yerləşən “Adlon” otelində qalıb. Sabiq prezidenti polis və xüsusi təyinatlılar qoruyub.
