Mütəxəssislər uzunömürlülük və xəstəliklərin qarşısının alınması üçün gündə nə qədər tərəvəz və meyvə yemək lazım olduğunu açıqlayıblar.
Xarici mətbuatın verdiyi məlumata görə, mütəxəssislər bildirirlər ki, meyvə, tərəvəz və giləmeyvələrin gündəlik rasionda olması vacibdir.
Tədqiqatçılar 29 ölkədə meyvə və tərəvəz istehlakı və ölüm nisbətləri ilə bağlı araşdırma da aparıblar.
Əldə olunan bütün məlumatları təhlil edən mütəxəssislər belə qənaətə gəliblər ki, meyvə və tərəvəzlərin müntəzəm istehlakı vaxtından əvvəl ölümün əsas səbəbi olan ürək-damar xəstəliklərinin və xərçəngin inkişaf riskini azalda bilər. Eyni zamanda hesablamalara görə, bir adam gündə beş porsiya meyvə və tərəvəz yeyə bilər. Üç porsiya tərəvəz və iki porsiya meyvə yemək məsləhətlidir.
Alimlərin fikrincə, tərəvəz və meyvələrin bu qədər istehlak edilməsi xərçəngə tutulma riskini 10, ürək və damar xəstəliklərini 12, tənəffüs orqanları xəstəliklərini 35, ölümü isə 13 faiz azaldır.
Bu qidalar ömrü uzadır
11
may
13:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat