Moldova parlamentinin sədri İqor Qrosu Baku TV-nin Şərqi Avropa bürosuna bildirib ki, ölkənin bir hissəsi bu birləşmənin tərəfdarıdır. O, özü də bu 2 ölkənin eyni millət olması fikrindədir.
“Mən Moldova və Rumıniya arasında sərhəd olmamasının tərəfdarıyam. Çünki bu sərhəd Rusiya imperiyasının və Sovet İttifaqının yaratdığı maneədir. Eyni dili danışırıq, eyni dinin mənsubuyuq, eyni mədəniyyəti, tarixi bölüşürük. Hazırda referendum keçirilməsi məsələsi mövcud deyil. Hamımız inteqrasiya prosesinə köklənmişik. Avropaya inteqrasiya bizə Rumıniya, Avropa İttifaqı ilə birlikdə olmağa kömək edəcək”, - deyə o qeyd edib.
Hakim Hərəkat və Həmrəylik Partiyasından deputat Vitaliy Jakot isə deyir ki, Rumıniya ilə birləşmənin qatı tərəfdarıdır.
“Biz tarixən Rumıniyanın bir hissəsiyik. Mən özümü bu millətin bir hissəsi sayıram. Moldova və Rumıniya xalqı bir millətdir”, - deyə Vitaliy Jakot vurğulayıb.
Daha ətraflı Baku TV-nin süjetində: